Yerli orqanlarmız

02.04.2008

Gədəbəy rayon Məşğulluq Mərkəzi

Ünvan:
H.Əliyev prospekti, 14  
Telefon: (+994 022 32) 6-31-24, 6-01-18
Fax:  
E-mail: gedebey@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: İsmayılov Namiq Qəzənfər oğlu



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


Ərazisi – 1229 kv. km
Əhalisi – 92,6 min nəfər
Yaranma tarixi - 08.08.1930-cu il

İqtisadi-coğrafi məlumat: Rayon Respublikanın ”Kiçik Qafqaz” dağlarının orta və yüksək dağlıq qurşaqlarında yerləşir.
Rayon Respublikanın qərb zonasında yerləşir. Gəncə-Qazax iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 109 kənd vardır ki, bu yaşayış məntəqələri 47 ərazi nümayəndəliyi və 44 bələdiyyə vasitəsi ilə idarə olunur.
01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 129 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.
Rayonda 6 turizm obyekti, təhsil müəssisələrindən 1 Peşə Litseyi fəaliyyət göstərir.



_____________________________________________________________________________________________

 

Gədəbəy rayon Məşğulluq Mərkəzi tərəfindən 2009-cu ildə görülmüş və 2010-cu ilə praqnozlaşdırılmış tədbirlər barədə arayış


        Gədəbəy rayon Məşğulluq Mərkəzi 2009-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Məşğulluq İdarəsinin tövsiyəsinə əsasan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2008-ci il tarixli 143 saylı Sərancamı ilə təsdiq olunmuş “Ərazi məşğulluq” proqramı əsasında qurulmuşdur.
        İl ərzində rayon əhalisinin məşğulluq sahəsində sosial müdafiəsinin təmin edilməsi üçün 1-ci və 2-ci yarım illik perspektiv iş planı hazırlanaraq Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsində baxılaraq təsdiq edilmişdir.
        2009-cu ildə Mərkəz tərəfindən rayonda Əmək ehtiyatlarından istifadə vəziyyətinin yaxşılaşdırılması üçün “Ərazi Məşğulluq” proqramı çərçivəsində bir sıra işlər görülmüşdür.
        Belə ki, il ərzində Mərkəzə 485 nəfər işsiz və işaxtaran vətəndaş müraciət etmişdir. Bunlardan 192 nəfəri işlə təmin olunmaları ilə, 39 nəfəri digər məsələlərlə əlaqədar müraciət etmişdir. Müraciət etmiş vətəndaşlardan 192 nəfəri müxtəlif idarə, müəssisə və təşkilatlarda daimi işlə təmin edilmişdir.
        Bunlardan 97 nəfəri dövlət, 2 nəfəri Xarici mülkiyyətli müəssisəyə, 93 nəfəri isə qeyri-dövlət müəssisələrində işlə təmin edilmişdir.
        İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsini təmin etmək məqsədilə 2009-cu ildə 39 nəfərə işsizlik statusu verilərək, 23 nəfərə orta aylıq əmək haqqı məbləğində, 16 nəfərə isə minimum məbləğində müavinət təyin edilmişdir. 4 nəfərə isə təkrar müavinət təyin edilmişdir.
        İl ərzində əhalinin məşğulluğu sahəsində olan problemlərin effektiv həll edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. İşaxtaran vətəndaşların münasib işlə təmin olunmasını operativ həll etmək məqsədilə 28 avqust 2009-cu il tarixdə “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkaya 34 müəssisədən 239 boş iş yeri çıxarılmışdır. İş yeri təqdim etmiş müəssisələrdən 12 dövlət, 6 qeyri-dövlət, 16 isə fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən 157, qeyri-dövlət müəssisələri tərəfindən 19, fiziki şəxs tərəfindən isə 63 boş iş yeri çıxarılmışdır. Toplanmış iş yerindən əmək haqqı minimum 75 manat, maksimum əmək haqqı isə 240 manat təşkil etmişdir. Yarmarkada 59 nəfər işaxtaran vətəndaş daimi iş yerlərinə göndərilmişdir.
        2009-cu ildə Əmək Bazarının tələblərinə uyğun Mərkəzdə qeydiyyatda olan 14 nəfər işaxtaran və işsiz vətəndaşlardan 8 nəfəri dörd tərəfli, 6 nəfəri isə üç tərəfli müqaviləyə əsasən Mərkəzin nəzdində bağlanmış müqavilə əsasında “Mühasib” kursuna cəlb olunmuşdur. Kursa cəlb olunan vətəndaşlardan 5 nəfəri qadın, 11 nəfəri isə gənclər olmuşdur.
        Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 02 oktyabr 2008-ci il tarixli 128 saylı Sərancamı ilə rayonun idarə, müəssisə və təşkilatlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün 2009-cu ildə kvota üzrə 8 iş yeri müəyyənləşdirilmiş və 3 nəfər kvota üzrə işlə təmin olunmuşdur.
        İl ərzində rayon ərazisində fəaliyyət göstərən 4 idarədən 19 nəfər sərbəstləşmə ilə əlaqədar Mərkəzə müraciət etmişdir.
        Mərkəz tərəfindən hazırlanaraq, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsində müzakirə olunmuş və Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2009-cu il tarixli 137 saylı Sərancamı ilə təsdiq olunmuş 2010-cu il üçün “Ərazi məşğulluq proqramı”nda aşağıdakı tədbirlərin həyata keçirilməsi praqnozlaşdırılmışdır.
        Mərkəzə müracət edənlərin sayı 671 nəfər, o cümlədən qeydiyyata alınması gözlənilənlər 310 nəfər, İl ərzində işlə təmin edilənlər 220 nəfər, haqqı ödənilən müvəqqəti xarakterli ictimai işlərə cəlb edilənlər 30 nəfər, Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb edilənlər 30 nəfər, işsiz statusu alanlar 45 nəfər olması gözlənilir.
        Rayonun idarə müəssisə və təşkilatlarında 2010-cu il üçün kvota üzrə 7 iş yeri müəyyənləşdirilmişdir.


_____________________________________________________________________________________________