Yerli orqanlarmız

02.04.2008

Oğuz rayon Məşğulluq Mərkəzi

Ünvan:
H.Əliyev prospekti, 64
Telefon: (+994 024 21) 5-24-90; 5-30-91
Fax:
E-mail: oguz@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: Süleymanov Cümşüd Süleyman oğlu



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Oğuz rayonu haqqında ümumi məlumat


        Oğuz rayonu Böyuk Qafqazın cənub yamacında yerləşir. Şimaldan Rusiya Federasiyası ilə həmsərhəddir. Sahəsi 1220 kv.km, əhalisi 44760 nəfərdir (qaçqın və məcburi köçkünlərlə), Mərkəzi Oguz şəhəridir. Rayona Oğuz şəhəri və Bayan, Calut, Bucaq, Muxas, Baş Daşagıl, Qumlaq, Hallavar, Şirvanlı, Tayıflı, Xalxal, Xalxal-qışlaq, Ərmənət, Kərimli, Qarabaldır, Padar, Dəymədərə, Yemşanlı, Yaqub-lu, Yenikənd, Top, Zərrab, Böyük Söyudlü, Qarabulaq, Astarxanovka, Vladimirova, Sincan, Tətkeş, Dəymədaglı, Mollalı, Xaçmaz, Xaçmaz-qışlaq, Abdallı, Filfilli kəndləri daxildir.
        Oğuz rayonunun əhalisinin milli tərkibi müxtəlif olmaqla hal hazırda 44760 nəfərin 22424 (yəni 51%) nəfərini qadınlar, 8260 (yəni 18%) nəfərini şəhər əhalisi təşkil edir. Rayonun şimal hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Qanıx-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur öndağlığına daxildir. Ərazidə Baş Qafqaz silsiləsinin maksimum hündürlüyu 3876 metrdir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti və yarımquru suptropik, yüksək daglıq yerlərdə soyuqdur. Oguz əsasən, kənd təsərrüfatı rayonudur. Əkincilik, heyvandarlıq, meyvə tərəvəzçilik, arıçılıq və baramaçılıq inkişaf etmişdir. Kiçik emal və istehsal müəssisələri var. Burda “Bakfem”in Oguz Findiq Zavodu, “Oğuz– Sərab” ASC, rayon telekamunikasiya qovşağı, komunal təsərüfat idarəsi, rayon meşə mühafizəsi və bərpasi müəssisəsi, rayon suvarma sistemləri idarəsi, “Oğuz – Nəqliyyat”, Oğuz Tikinti Mexanizasiyasi” ASC-ləri, kəndli fermer təsərüfatı var.
        Rayonda 34 ümumitəhsil məktəbi, 19 məktəbəqədər tərbiyyə müəssisəsi, 33 kitabxana 27 klub, 25 tib müəssisəsi, həmçinin istirahət və turizm zonaları, idman kompleksi var.
        Hər bir cəmiyyətdə əmək ehtiyatlarından səmərəli şəkildə istifadə, əmək bazarında baş verən proseslərə daim nəzarət, dövlətin iqtisadi-siyasətinin əsasını təşkil edir. Müstəqil Azərbaycan Respublikasında bu iqtisadi-siyasət ilk öncə Ümumilli liderimiz H.Əliyev tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının bir necə maddəsində, Beynəlxalq Əmək Təşkilatının və digər Beynəlxalq təşkilatların normativ sənədlərinə uyğun olaraq qəbul edilmiş “Əmək Məcəlləsi”, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda, bu kimi sosial məsələlərə dair qanunlarda, Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş bir sıra Dövlət Proqramlarında öz əksini tapmışdır. Məqsəd isə ölkənin əmək potensialından daha dolğun istifadə etmək, respublikanın əmək bazarının sosial-iqtisadi inkişaf tempinə, xüsusiyyətinə uyğun müasir səviyyədə qurulması, ilk dəfə işə başlayan və müxtəlif səbəblərdən iş yerini itirmiş şəxslərin sosial müdafiəsi problemlərini həll etməkdir.
        Dövlətin bu sahədəki siyasətini həyata keçirən qurumlardan biri də Məşğulluq Xidməti Orqanlarıdır. Oğuz rayonunda bu sahəyə xidmət göstərən bir orqan kimi, Məşğulluq Mərkəzi rayonun əmək ehtiyatları balansını tərtib edir, əmək bazarının tələblərinə uyğun olaraq bir sıra məşğulluq tədbirləri keçirir.
       Belə ki, hesabat dövründə Ərazi Məşğulluq Proqramında qeyd edildiyinə uyğun olaraq, 2008-ci ildə Əmək bazarında iştirak edəcək 6358 nəfərdən 505 nəfəri, 2009-cu illdə isə 6880 nəfərdən 451 nəfəri mərkəzə özünün məşğulluq problemi ilə əlaqədar müraciət etmiş, 443 nəfəri isə qeydiyyatdan keçmişdir. Müraciət etmiş vətəndaşlardan 11 nəfəri struktur dəyişikliyi ilə əlaqədar işini itirənlər, 14 nəfəri Ali təhsil məktəbinin məzunu, 19 nəfəri orta ixtisas məktəbinin məzunu, 14 nəfəri peşə məktəbinin məzunları, 119 nəfəri orta məktəb məzunları, 38 nəfəri kadr axıcılığı ilə əlaqədar işini itirənlər, 26 nəfəri hərbi xidmətdən gələnlər, 132 nəfəri əmək fəaliyyətində bir ildən çox fasiləsi olan vətəndaşlar, 1 nəfər isə cəzaçəkmə yerindən azad olunan vətəndaşlar olmuşdur. Hesabat dövründə Mərkəz yuxarıda qeyd edilən işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədi ilə ilk növbədə rayon ərazisində fəaliyyət göstərən müəssisələrin və işçi heyəti daha çox olan fiziki şəxslərin sayının dürüstləşməsi işinə və onların Mərkəzdə qeydiyyatının aparılmasına xüsusi diqqət yetirmişdi.
        Mərkəzdə 299 hüquqi şəxs qeydiyyatdan keçmişdir ki, onlardan da hazırda 167-si fəaliyyət göstərir. Mərkəz hər ay həmin müəssisələrdən “Boş iş yerləri (vakansiya) haqqında hesabat” və “İşə qəbul edilən və işdən çıxarılan işçilər haqqında” hesabatların vaxtında toplanması işinə xüsusi diqqət yetirir. Belə ki, dövr ərzində fəaliyyət göstərən müəssisə və təşkilatlardan orta hesabla 110-120 vakansiya təqdim edilir. Təqdim edilmiş boş iş yerlərinin 60-65 %-i qeyri dövlət, digərləri isə dövlət təşkilatlarından olmuşdur. Hər ay Mərkəzə təqdim edilmiş boş iş yerlərinin 20-25 yeri təkrarlanan ixtisaslı kadr yerləri, qalanları isə yeni yaradılan fəhlə peşələri tələb edən və s. iş yerləridir.
        2008-ci ildə rayon üzrə məşğulluq problemi ilə əlaqədar mərkəzdə qeydiyyata alınmış 475 nəfər işsiz və işaxtaran vətəndaşdan 332 nəfəri, 2009-cu ilidə isə, 443 nəfərdən 289-u mərkəzin tövsiyə məktubu ilə daimi işə göndərilmişdir. 2008-ci ildə mərkəzə müraciət edən 34 nəfərə işsiz statusu verilərək müavinət təyin edilmişdir. Hal-hazırda Mərkəzdə 31 dekabr 2009-cu il tarixə 60 nəfər işsiz vətəndaş qeydiyyatdadır.
        Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2009-cu ilin hesabat dövründə Oğuz rayonunda yeni istehsal sahələrinin açilması, rayonda aparılan abadlıq, təmir işləri, kənd yollarının təmiri və bəzi kəndlərdə su çəkilişi əmək bazarında müəyyən müsbət dəyişikliklərə təsir etmişdir.
        Məşğulluq Mərkəzi Ərazi Məşğulluq Proqramına uyğun olaraq və əmək bazarının tələblərini nəzərə alaraq, yəni rayonda turizmin inkişafı ilə əlaqədar 2009-cu ilin hesabat dövründə “Barmen“ peşəsi üzrə kurs təşkil etmişdir. Kursa cəlb edilmiş vətəndaşların 8-i dördtərəfli müqavilə əsasında kursu bitirdikdən sonra daimi işlə təmin olunmuşlar.
       Mərkəz 25 fevral 2009-cu il tarixdə Oğuz rayon Zərrab bələdiyyəsi ilə içməli su xəttinin çəkilişi ilə əlaqədar müqavilə əsasında 2 (iki ) ay müddətinə 12 nəfəri ictimai işlərə göndərilmişdir. İctimai işin gedişinə Mərkəz nəzarət etmiş və işçilərin əmək haqları vaxtında ödənilmişdir.
        Aktiv Məşgulluq tədbirlərindən hesab edilən “Əmək Yarmarkasi” 2009-cu ilin iyun ayında keçirilmişdir. Tədbirin mütəşəkkil keçirilməsi üçün fəaliyyət göstərən bütün müəssisə və təşkilatlarla əlaqə saxlanılmış, boş iş yerləri haqqında məlumatlar alınmış və vahid informasiya bankına işlənmişdir. Mərkəz tərəfindən “Əmək yarmarkası”na müraciət edənlərdən 62 nəfərinə müxtəlif sahələrə işə göndəriş vermişdir.
        2009-cu il ərzində Oğuz rayon Məşğulluq Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.11.2005-ci il tarixli 213 N-li qərarı ilə təsdiq edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota iş yerlərinin tətbiq edilməsi ilə əlaqədar dövr ərzində bir sıra işlər görmüşdür. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların Əmək bazarında iştirakından asılı olaraq onların müvafiq kvota yerinə münasib işlə təmin olunması tərəfimizdən təmin olunacaqdır. Belə ki, 8 müəssisədə 9 kvota iş yeri ayrılmışdır. Hesabat dövründə Mərkəzin tövsiyyə məktubu ilə bir nəfər əlil Muxas kənd orta məktəbinə gözətçi vəzifəsinə işə göndərilmişdir.


_____________________________________________________________________________________________