Yerli orqanlarmız

02.04.2008

Səlyan rayon Məşğulluq Mərkəzi

Ünvan:
H.Əliyev prospekti, 107  
Telefon: (+994 021 25) 5-22-55; 5-50-66
Fax:  
E-mail: salyan@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: Kərimov Elxan Valeh oğlu



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


Ərazisi – 1799 kv. km
Əhalisi – 121,4 min nəfər
Yaranma tarixi - 1930-cu il

Rayon respublikanın cənub-şərqində yerləşir və Aran iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 1 qəsəbə və 45 kənd vardır ki, bu yaşayış məntəqələri 20 ərazi nümayəndəliyi və 45 bələdiyyə vasitəsi ilə idarə olunur.
01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 138 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.
Təhsil müəssisələrindən AMİ-nin Səlyan filialı, 1 Peşə Liseyi və 1 Peşə məktəbi vardır.



_____________________________________________________________________________________________

 

2009-cu il üzrə Salyan rayon Ərazi Məşğulluq Proqramında nəzərdə tutulan proqnoz göstəriciləri və bununla əlaqədar olaraq Mərkəz tərəfindən ğörülmüş işlər barədə arayış


        Azərbaycanın cənub-şərq hissəsində yerləşən Salyan rayonunun ərazisi 1.79 min km2-dir. 01.07.2009-cu il tarixə rayon əhalisinin sayı 122000 min nəfər olmuşdur. Rayonda 20 inzibati ərazi nümayəndəliyi, 20 bələdiyyə fəaliyət göstərir. Rayonda 1085 nəfər məcburi köçkün, 297 nəfər isə qaçqın məskunlaşmışdır.
        Salyan rayonu inkişaf etmiş aqrar-sənaye rayonudur. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, kartof, tərəvəz, bostan məhsulları, üzümçülük və meyvəçilik aparıcı rol oynayır. Heyvandarlıq sahələrindən maldarlıq və qoyunçuluq geniş inkişaf etmişdir. Rayonda neft və qaz istehsalı, emal sənayesi, tikinti, nəqliyyat, rabitə, ticarət, ictimai- iaşə və digər sahələr də fəaliyyət göstərir.
        Salyan rayonunda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2009-2013–cü illər) və “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)” icrası ilə əlaqədar yeni iş yerlərinin yaradılması sahəsində müsbət nəticələr əldə edilmişdir. Xüsusi ilə Məşğulluq Strategiyasının həyata keçirilməsində mühüm istiqamətlərdən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasıdır. 2009-cu ildə rayonda Dövlət Proqramına və Məşğulluq Strategiyasına uyğun olaraq istehsal gücü 50 min kərpic olan “Şirvan LTD” MMC kərpic zavodu, istehsal gücü 60 min kərpic olan “Azərçin“ kərpic zavodu, istehsal gücü 150 ton olan, 23 çeşiddə məhsul istehsal edən “Hacı Camalxan“ kəndli fermer təsərrüfatında konserv zavodunun istifadəyə verilməsi nəticəsində 927 yeni iş yerləri açılmışdır. Bundan başqa istehsal gücü saatda 30 kubmetr olan oksigen emalı sexinin, ”Ələddin- fermer“ MMC tərəfindən rayonun Çuxanlı kəndi ərazisində meyvə-tərəvəz məhsullarının saxlanılması üçün 2000 tonluq və NENN firması tərəfindən 5 min ton tutumu olan soyuducu kameraları bu günlərdə tam gücü ilə işləməyə başlayacaqdır. Bunun nəticəsində 300 nəfərə yaxın rayon sakininin məşğulluğu təmin ediləcəkdir.
        2009 –cu ildə hər il olduğu kimi rayonda aparılan abadlıq–təmir işlərinin miqyası daha da genişlənmişdir. Bu da öz növbəsində xeyli insanların peşəsinə və ixtisasına uyğun layiqli iş yerləri ilə təmin edilməsinə şərait yaratmışdır.
        2009-cu il ərzində 518 nəfər işə düzəlmək üçün rayon Məşğulluq Mərkəzinə müraciət etmişdir. Onlardan 248 nəfəri ixtisasına və peşəsinə uyğun müvafiq işə düzəldilmişdir.60 nəfərə işsizlik statusu təyin edilmişdir. Sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 35 nəfəri kvota iş yerlərinə göndərilərək işlə təmin edilmişlər. 2009-cu ildə obyektiv səbəblər üzündən haqqı ödənilən müvəqqəti xarakterli ictimai işlər və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursları təşkil edilməmişdir.
        2010-cu ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013 –cu illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın (2007-2010-cu illər), icrası ilə əlaqədar Salyan rayonunda bir sıra işlər görülməsi nəzərdə tutulmuşdur. Belə ki, rayonda oksigen emalı sexinin, Çuxanlı kəndı ərazısındə meyvə-tərəvəz məhsullarının saxlanması üçün 5000 tonluq eləcə də 10000 ton tutumu olan soyuducu kamera, tara sexi, yun emalı zavodunun tam istifadəyə veriləcəyi nəzərdə tutulur. Bundan başqa “Salyan Plastik Kütlə Emalı” ASC-nin öz fəaliyyətini daha da genişləndirəcəkdir.
        2010-cu ilin əmək bazarında 20825 nəfərin iştirakı proqnozlaşdırılır. Onlardan 35 nəfər sərbəstləşmə ilə əlaqədar işini itirənlər, 90 nəfər kadr axıcılığı nəticəsində işdən azad olunanlar , 380 nəfər ali məktəb məzunları, 260 nəfər orta ixtisas məktəbinin məzunları , 85 nəfər texniki-peşə məktəbinin məzunları , 1400 nəfər nəfər orta məktəblərin məzunları, 320 nəfər natamam orta təhsil alanlar, 1100 nəfər hərbi xidmətdən tərxis olunanlar, 110 nəfər cəzaçəkmə və məcburi müalicə müəssisələrindən azad olunanlar, 10045 nəfər əmək fəaliyyətinə cəlb edilməsi mümkün olan potensial əmək ehtiyatları, 7216 nəfər isə ilin əvvəlinə Mərkəzdə qeydiyyatda olanlardır. Onların 20325 nəfəri müstəqil iştirakçı, 500 nəfəri isə bilavasitə Məşğulluq Mərkəzinə müraciət edəcəkdir.
        2010-cu ildə Əmək bazarında 20325 nəfərin müstəqil olaraq iştirak edəcəyi, 500 nəfərinin isə Məşğulluq Mərkəzinə müraciət edəcəyi gözlənilir. Məşğulluq Mərkəzinə müraciət edənlərin 298 nəfərinin işlə təmin ediləcəyi, 12 nəfərinin haqqı ödənilən müvəqqəti xarakterli ictimai işlərə cəlb ediləcəyi, 12 nəfərinin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb ediləcəyi, 50 nəfərə işsiz stasusu veriləcəyi nəzərdə tutulur.


_____________________________________________________________________________________________