Yerli orqanlarmız

02.04.2008

Siyəzən rayon Məşğulluq Mərkəzi

Ünvan:
H.Əliyev prospekti, 32  
Telefon: (+994 023 30) 4-01-33, 4-24-12
Fax:  
E-mail: siyezen@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: Eyvazov Vahid Nəcəfağa oğlu



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


Ərazisi – 703,4 kv. km
Əhalisi – 37,7 min nəfər
Yaranma tarixi - 02.04.1992-ci il

Rayon Respublikanın şimal - şərq hissəsində yerləşir və Quba-Xaçmaz iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 1 qəsəbə və 32 kənd vardır ki, bu yaşayış məntəqələri 11 ərazi nümayəndəliyi və 14 bələdiyyə vasitəsi ilə idarə olunur.
01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 93 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.
Təhsil müəssisələrindən 1 peşə məktəbi, 1 uşaq incəsənət məktəbi vardır.



_____________________________________________________________________________________________

 

Siyəzən rayon Məşğulluq Mərkəzinin 2009-cu il üçün Ərazi Məşğulluq Proqramının proqnoz göstəriciləri, proqramın yerinə yetirilməsi vəziyyəti və 2010-cu il üçün Ərazi Məşğulluq Proqramında nəzərdə tutulan proqnozlar haqqında arayış


        2009-cu il üçün Siyəzən rayon Ərazi Məşğulluq Proqramında əmək bazarında 5516 nəfər vətəndaşın iştirak edəcəyi, onlardan 500 nəfərin Məşğulluq Mərkəzinə müraciət edəcəyi və 300 nəfərin mərkəzdə işaxtaran kimi qeydiyyata alınacağı 250 nəfərin işlə təmin olunacağı nəzərdə tutulmuşdur. 2009-cu ildə 334 nəfər vətəndaş mərkəzdə işaxtaran kimi qeydiyyata alınmış, rayonun müxtəlif idarə və təşkilatlarında 220 nəfər vətəndaş daimi işlə təmin edilmişdir.
        Rayon İcra Hakimiyyətinin 10 oktyabr 2008-ci il tarixli, 295 saylı Sərəncamı ilə 2009-cu il üçün rayonun idarə və təşkilatlarına 45 kvota iş yerləri təsdiq edilmişdir. Təsdiq edilmiş kvota iş yerlərinə 2009-cu il ərzində 20 nəfər sosial müdafiəyə ehtiyacı olan vətəndaş göndərilmişdir. Onlardan 10 nəfəri qadınlar 2009-cu il üçün Ərazi Məşğulluq Proqramında işaxtaran vətəndaşların sosial müdafiəsinə geniş yer verilmişdir. Proqramda 90 nəfərin sosial müdafiəsi nəzərdə tutulur ki, onlardan 40 nəfərin peşə kurslarına, 15 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 35 nəfərə isə işsiz statusu verilməsi proqnozlaşdırılmışdır.
        İl ərzində mərkəzdə qeydiyyatda olanlardan 50 nəfəri peşə kurslarına göndərilmişdir. Təhsilini bitirənlərdən 38 nəfəri işlə təmin edilmişdir. 2009-cu ilin aprel ayında rayon Statistika İdarəsi ilə bağlanmış ikitərəfli müqavilə əsasında 15 nəfər işaxtaran vətəndaş haqqı ödənilən ictimai işə göndərilmişdir. Hesablanmış əmək haqqının 100%-i idarə tərəfindən ödənilmişdir.
        2009-cu ildə Mərkəz 32 nəfər vətəndaşa işsiz statusu verilmiş və 37 nəfərə isə işsizlik müavinəti ödənilmişdir.
        2010-cu ildə əmək bazarında 4709 nəfər vətəndaşın iştirak edəcəyi proqnozlaşdırılır ki, onlardan 500 nəfəri Məşğulluq Mərkəzinə müraciət edəcəklər. İl ərzində Mərkəzdə 320 nəfər qeydiyyata alınacaqlar ki, onlardan 180 nəfəri işlə təmin olunması, 15 nəfər haqqı ödənilən ictimai işə göndərilməsi, 40 nəfəri peşə kurslarına cəlb olunması və 40 nəfərə isə işsiz statusunun verilməsi nəzərdə tutulur.
        Rayon İcra Hakimiyyətinin 06 oktyabr 2009-cu il tarixli, 246 saylı Sərəncamı ilə 2010-cu il üçün rayonun idarə və təşkilatlarına 44 kvota iş yerləri təsdiq edilmişdir. Kvota iş yerlərindən 21 nəfəri əlillər üçün nəzərdə tutulmuşdur.


_____________________________________________________________________________________________