Yerli orqanlarmız

02.04.2008

Xaçmaz rayon Məşğulluq Mərkəzi

Ünvan:
Məmməd Əmin Rəsulzadə küçəsi, 7  
Telefon: (+994 023 32) 5-12-60; 5-36-05, 5-32-41
Fax:  
E-mail: xachmaz@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: Əlifxanov Rauf Əlifxan oğlu



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


          Ərazisi – 1063.6 kv. km
          Əhalisi – 158,4 min nəfər
          Yaranma tarixi -08.08.1930-cu il
          Rayon Respublikanın şimal şərqində Samur-Dəvəçi düzənliyində yerləşir. Rayon şərqdən Xəzər dənizi ilə əhatə olunmuş, şimaldan Rusiyanın Dağıstan Respublikası ilə, qərbdən Quba və Qusar rayonları, cənubdan isə Dəvəçi rayonu ilə həmsərhəddir. Rayon Quba-Xaçmaz iqtisadi zonasına daxildir. Rayonda 2 şəhər, 2 qəsəbə və 145 kənd vardır ki, bu yaşayış məntəqələri 28 ərazi nümayəndəliyi və 70 bələdiyyə vasitəsi ilə idarə olunur.
          01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 255 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.
          Rayonda 61 turizm obyekti, 2 peşə məktəbi fəaliyyət göstərir.



_____________________________________________________________________________________________