SYSLAB

18.01.2018

“SYSLAB”dan bəhrələnən gənclərin uğur hekayələri

Qəzənfərli Vaqif

Məncə yaradanın bütün insanlar haqqında bir planı var. Mənim üçün planı isə fotograf  olmağımdır. İllər əvvəl təsadüfən fotoaparatı əlimə tutuzdurub  mənə getməli olduğum yolun istiqamətini göstərmişdi, mən isə başqa istiqamətdə getmişdim. Keçən il bir restoranda barmen işləyirdim, o yenə fotoaparatı əlimə tutuzdurdu və anidən aldı. Düşünəndə qəribə səslənir barmenlik və fotoaparat amma bəzən  olur belə şeylər.  Bu dəfə başa düşmüşdüm bu işi sevirdim, mən fotoqraf olmalı idim ama necə ?!  Elə həmin vaxtlarda Masallı SYSLAB Mərkəzində mikro-bizneslərə dəstək olunduğunu öyrəndim və layihəyə qoşuldum. Əslində nəsə öyrənə biləcəyimi düşünmürdüm, tək istədiyim fotoaparat idi lakin qısa müddətdə fikirlərim dəyişdi. SYSLAB  mənə üzdə olanlardan çox dərində olanları görməyi, gözlə görünməyən fikirlərin beyinlə göründüyünü öyrətdi.  SYSLAB mənə dünyada məndən güclü, məndən dözümlü, məndən ağıllı insanların da olduğunu lakin istəsəm onlara qalib gəlməyin yolunu tapa biləcəyimi öyrətdi. SYSLAB mənə məndən bir dənə olduğunu öyrətdi ama bunları eqo ilə öyrətmədi. Artıq bilirəm ki, yarışda olan hamı eyni gücdədir, yəni kiminsə kartları mənimkindən yaxşı ola bilər ama mən oyunu ondan daha yaxşı oynaya bilərəm. İndi dünyaya  fotografiya gözü ilə baxıram. SYSLAB Vaqifin təkamülümə təkan verdi deyə bilərəm. Və mənim təklif etdiyim biznes plan uğurla dəyərləndirildi. Mənə istədiyim fotoaparat alınıb, verildi. Hal-hazırda fotoaparat ilə müxtəlif çəkilişlər edir və gəlir qazanıram.  Mənə görə dünyadakı ən böyük uğur insanın düzgün istiqamətdə addımlamasıdır mənim istiqamətimdə mənə kömək olduqunuz üçün minnətdaram.

Əhədova Raya

SYSLAB layihəsi üçün müsahibəyə dəvət alanda məni hansısa iş üçün çağırdıqlarını zənn edirdim. Müsahibə zamanı mənə aydın oldu ki, layihədə iştirak üçün dəvət almışam və iş olmadığını bilən kimi təklifi rədd etdim. Masallının uzaq kəndlərindən birində yaşadığım üçün günlük yol xərcim çox olacaqdı və mənə pul xərcləmək yox pul qazanmaq lazım idi. Bir müddət düşündükdən sonra riskə getməyə qərar verdim və SYSLAB-a üzv oldum. O zaman mənə risk kimi görünən SYSLAB qısa bir müddət sonra iş tapmaq üçün vasitə oldu. Qrupumuzda ilk iş tapan iştirakçı mən oldum. Əriştə restoranında mühasib köməkçisi kimi fəaliyyətə başlayıb ofis menecer vəzifəsinə yüksəldim. SYSLAB-da öyrəndiklərim sayəsində çox qısa müddətdə iş yerimdə o qədər vacib insana çevrildim ki, yoldaşlarım zarafatca mənə “ Biznes woman” deməyə başladılar. J SYSLAB mənə uğurlu yolda getmək üçün istiqamət verdi. Yaxşı ki , düzgün qərar verib SYSLAB layihəsində iştirak etmişəm.

Tahirova Vəsilə

SYSLAB-dan əvvəl nə etdiyimi düşünəndə ağlıma heç nə gəlmir. Bircə onu deyə bilərəm ki, ASAN Xidmətə könüllülük üçün 2 dəfə müraciət etmişdim və hər ikisində müsahibəm uğursuz keçdiyinə görə qəbul olunmamışdım. Masallı SYSLAB Mərkəzində iştirakımdan sonra cəsarətimi topladım və təkrar müraciət etdim. Bu dəfə müsahibəm o qədər rahat və uğurlu keçdi ki, özümlə fəxr edirdim. Masallı ASAN Xidmət mərkəzinə könüllü kimi qəbul olundum və bununla yanaşı qrup rəhbərinin köməkçisi oldum. Artıq ASAN Xidmətdə fəaliyyətimi uğurla başa vurmuşam və Uşaq Psixo-Sossial İnkişaf Mərkəzində maarifləndirici vəzifəsində çalışıram. Aylar əvvəl bunu mənə desəydilər çox gülərdim yəqin ki, indi isə hər şey realdır. Tanımadığım şəxslərə çalışdığım mərkəz haqında məlumat verib müştəri cəlb edirəm. Onu da qeyd etməliyəm ki , bu məndə çox yaxşı alınır.  Masallı SYSLAB Mərkəzinə gəlmək həyatım boyu atdığım ən doğru addımlardan biri idi. SYSLAB mənə uğura gedən yolun ilk addımının əslində insanın öz içindən keçdiyini öyrətdi. Ümumilikdə nəzər salsaq çox insan sadəcə bacardığını edir amma mən  SYSLAB sayəsində anladım ki, uğur qazanmaq üçün sadəcə bacardıqlarım ilə kifayətlənməməli , bacarıqlarımı inkişaf etdirməli və yeni bacarıqlar qazanmalıyam. Məncə belə olan halda uğur qaçınılmazdı. Əgər yüksəyi əldə etmək etmək istəyirsənsə yaxşıyla kifayətlənməməlisən, yaxşıdan daha yaxşısını etməyə çalışmalısan. Bir söz var ümid və səbr hər şeyin açarıdır. Məncə ümid və səbr açar ola bilər amma bezmədən, yorulmadan cəhd etmək, irəli addımlamaq qapının özüdü.

 

 

15.01.2018

“Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” (Syslab) Layihəsinin 2016-2017-ci illər üzrə İcraatına dair İcmal

“Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi (həmçinin “Syslab Layihəsi” kimi istinad olunur) BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 2016-cı ilin 28 aprel tarixində imzalanmışdır. Layihənin məqsədi səriştəli və motivasiyalı işçi qüvvəsinin potensialının artırılması vasitəsilə məşğulluğun və regional sahibkarlığın inkişafına dəstək verməkdir. Layihə Gəncə və Masallıda “Syslab – Gənclərin Təlim və Məşğulluq Mərkəzləri” vasitəsilə icra olunmuşdur. ƏƏSMN-nin Dövlət Məşğulluq Xidmətini nümayəndəsi olan Ülvi İsmayılov Layihənin Milli Direktoru kimi təyin edilmişdir.

07.11.2017

İşaxtarma texnologiyaları üzrə SYSLAB Mərkəzlərinin fəaliyyəti haqqında məlumat

Azərbaycanın dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməsi, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli iqtisadiyyat sektorlarının sürətli inkişafı, əmək bazarındakı transformasiyalara adekvat münasibət və operativ tədbirlər tələb edir. Digər tərəfdən, müasir dövrdə işaxtaran vətəndaşların karyera qururculuğu problemləri özünü göstərməkdədir.