.: Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti :.

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.


17.12.2017

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk peşəmiz” layihəsi çərçivəsində 04-08 dekabr 2017-ci il tarixdə Binəqədi "Gənclər Evində" tədbir təşkil edilib.

Layihənin başlıca məqsədi gənclərə peşəyönümü məsləhəti  öyrətməklə maarifləndirici sosial dəstək göstərməkdən ibarət olmuşdur. Təşkil olunmuş tədbirdə gənclərə gələcək iş karyerası üçün, onların bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə və halal zəhmətlə davamlı pul qazanmaq imkanlarını əldə etməsi üçün peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunmasının dövrümüzün əsas tələbinin olduğu vurğulanmışdır.

Layihə çərçivəsində Bakı şəhərinin Binəqədi, Nəsimi, Xətai, Nərimanov və Səbail rayonları üzrə hər rayondan 20 nəfər gəncin iştirakı ilə tədbirlər keçirilib, tədbirlərdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Tədbir zamani təlimçi gəncləri pəşəyönümlü sənətlər haqqında məlumatlandırıb və bir sıra peşələr  haqqında gənclərə informasiyalar verib.

Tədbirlərdə bir çox müəssisə və təşkilatlarların nümayəndələri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Cavid Süleymanov iştirak edərək gənclərə müvafiq tövsiyələr vermiş, onları mövcud əmək bazarının tələbləri ilə tanış etmişdir.


 





    Çap et  Çap et