.: Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti :.

Rəhbər işçiləri ilə görüş.


30.10.2015

Qaradağ rayon Məşğulluq  Mərkəzi rayon ərazisində fəaliyyət göstərən  “BOŞ ŞELF”  Şirkətinin rəhbərliyi  ilə  apardığı    səmərəli   işin   nəticəsi  olaraq, Şirkətin  təklifi ilə   12  nəfərdən ibarət Bakı  Regional Peşə Tədris Mərkəzində “əl ilə qaynaqda elektrik qaynaqçısı ” kursu təşkil  etmişdir. Mövcud  kurs bitdikdən sonra  yenidən həmin peşə üzrə digər  kurs təşkil olunacaqdır. Şirkətin  məsul vəzifəli şəxsləri Eduard   Marsdem, Nigar Mahmudova və  Sadiq  Qəribov  Mərkəz tərəfindən  təşkil olunmuş peşə kursları  ilə və   Tədris Mərkəzinin fəaliyyəti ilə  maraqlanaraq   Bakı Regional Peşə Tədris Mərkəzində olmuş, tədris olunan peşələrlə yaxından tanış olaraq   müəyyən təkliflər vermişlər.

         Hal-hazırda  Mərkəzdə  həmin şirkətin ixtisaslı fəhlə  peşələri üzrə  65  vakant yer mövcuddur. Tərəfimizdən  Mərkəzdə qeydiyyatda olan  işaxtaran vətəndaşlardan  40 nəfərin CV blankları  nümayəndələrə  təqdim olunmuşdur.

 


 





    Çap et  Çap et