.: Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti :.

Balakən rayonunda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü konfransı keçirilmişdir


06.04.2016

Balakən rayon Məşğulluq Mərkəzi tərəfindən 05aprel 2016-cı il tarixdə  Nəsimi adına 2 saylı tam orta məktəbin iclas zalında həmin məktəbin, eləcə də Nizami adına 1 saylı şəhər orta məktəbin, Z.Əliyeva adına şəhər 3 saylı şəhər orta məktəbin, Tülü kənd və Mahamalar kənd orta məktəbin yuxarı sinif şagirdlərinin, onların valideynlərinin və pedaqoji heyyətin iştirakı ilə gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə, məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərmək məqsədi ilə peşəyönümü konfransı keçirilmişdir.

Tədbirdə ilk öncə son günlər erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra gənclərin meyil və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin əhəmiyyəti barədə çıxışlar dinlənilmiş, şagirdlər ilə peşə seçiminə aid anket-sorğusu keçirilmiş və onlara peşəyönümünə dair məlumat kitabçaları, müxtəlif broşüralar paylanmışdır. Tədbirdə həmçinin valideynlərə və yuxarı sininf şagirdlərinə hazırkı əmək bazarındakı mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında ətraflı məlumat verilmiş, düzgün peşə seçiminin vacibliyi, iş imkanlarının obyektiv qiymətləndirilməsi və bu imkanlardan səmərəli istifadə etməyin əhəmiyyəti barədə müzakirələr aparılmışdır.

Konfransın işi mərkəzi və yerli televiziya kanallarında, eləcə də digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.


 





    Çap et  Çap et