Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ildə görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək.